Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video

19:21 | 27.01.2022
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video

Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video

Paytaxtın Nizami və Nərimanov rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 180-dən artıq sürücü cərimə olunub.

Anews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun "Qara Qarayev”, "Nefçilər” və "Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub.
Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və onlar da inzibati məsuliyyətə cəlb olunublar.
Analoji tədbir Nərimanov rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.
 

 


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM