Bakıda sürücünün qarşısını kəsmək istəyənlər saxlanıldı

19:41 | 29.06.2021
Bakıda sürücünün qarşısını kəsmək istəyənlər saxlanıldı

Bakıda sürücünün qarşısını kəsmək istəyənlər saxlanıldı

İyunun 26-da Bakıda ötmə əməliyyatı edən sürücünün qarşısını zorla kəsməyə çalışanlar saxlanılıb. 

"Qafqazinfo" xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov bildirib ki,  iyunun 26-da 90 RH 063 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Mehman Cəfərov və 90 LN 084 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Beyrək Vəliyev kənar dairəvi yol ilə hərəkətdə olarkən işıq cizahlarından düzgün istifadə etməyərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar.

Bu barədə sosial şəbəkələrdə yayılmış görüntülər yol polisi tərəfindən araşdırılıb və sürücülər İdarəyə dəvət olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələri ilə müvafiq qaydada barələrində protokol tərtib olunub.

Xatırladaq ki, videgörüntünü qeydə alan sürücü sosial şəbəkədə iki avtomobilin onun hərəkətdə olduğu maşının qarşısının zorla kəsməyə çalışdığını yazmışdı. ""Məni sıxıb saxlatmaq istəyirdilər ki, döysünlər. Məcburən əllərindən qaçıb körpüyə çıxdım. Arxamca gəldiklərini gördüm. Qaça bilmək üçün bütöv xəttin tələbini pozub istiqaməti dəyişdim”, - deyə sürücü qeyd etmişdi. 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb