Bakıda piyadanın yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Anews.az xəbər verir ki, dünən səhər saatlarında işə gedərkən dayanacaqda dayanan tanınmış fotoqraf Azər Həmzəyev naməlum bir avtomobil tərəfindən vurulub.
Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Yaxınlarının verdiyi məlumata görə, kəllə-beyin travması alan fotoqraf hazırda komadadır. Həkimlər onun əməliyyat olunacağını deyiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !