Bakıda təhlükəli çimərliklər yoxlanıldı

13:58 | 27.05.2015
Bakıda təhlükəli çimərliklər yoxlanıldı

Bakıda təhlükəli çimərliklər yoxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Gigiyena Şöbəsi ilə birgə respublika üzrə dəniz sahillərnidə yerləşən müxtəlif çimərliklərdə monitorinqlər keçirib.

Bu barədə Oxu.Az-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İradə İbrahimovanın sözlərinə görə, hazırda götürülən su nümunələrinin fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.  

"Xəzər dənizinin çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri yaxın günlərdə məlum olacaq”.

Əlavə edək ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır.

Qeyd edək ki, ölkədə çimərlik mövsümü iyun ayının 15 qədər başlayır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM