Bakıda ötən il avtomobildən pul oğurlayan şəxs saxlanılıb

23:30 | 21.01.2020
Bakıda ötən il avtomobildən pul oğurlayan şəxs saxlanılıb

Bakıda ötən il avtomobildən pul oğurlayan şəxs saxlanılıb

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs saxlanılıb.

"Report”un xəbərinə görə, hadisə 2019-cu il noyabrın 11-də paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs Sənan Musayevə məxsus "Hyundai” markalı avtomobilindən 1205 avro, 20 ABŞ dolları və sənədlər oğurlayıb.
Daha sonra S.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM