Bakıda avtobus kartlarına ödəniş online olacaq? AZ QALIB - AÇIQLAMA

17:32 | 03.09.2019
Bakıda avtobus kartlarına ödəniş online olacaq?  AZ QALIB - AÇIQLAMA

Bakıda avtobus kartlarına ödəniş online olacaq? AZ QALIB - AÇIQLAMA

Uzun müddətdir ki, Bakıda nəqliyyat kartlarına pul ödənişi ilə bağlı terminalların azlığı və onsuz da az olan terminalların işlək vəziyyətdə olmaması əhalinin narazlığına səbəb olur. Bakıda istənilən dayanacağın qarşısında belə problemlərdən əziyyət çəkən adam görmək olar. Müxtəlif zamanlarda bu mövzu işıqlandırılsa da, müşahidələrimiz ğöstərir ki,  hələlik müsbətə doğru bir dəyişiklik yoxdur.

Yeni Yasamal ərazisində öz "Bakıkart”-na pul yükləmək istəyən şəxs məcburdur ki, Abbas Mirzə Şərifzadə küçəsinə qədər iki dayanacaq yol getsin, orda da terminallar işlək olmayanda, vəziyyət daha da çətinləşir. Bəzən də yarımişlək terminal pulu qəbul edir, ancaq karta oturmur.

Nəticədə  sərnişin həm avtobusa minə bilmir, üstəlik də pulsuz qalır. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə danışdıq.

Anews.az-a danışan Ağayev deyir ki, Bakıda ümumilikdə 200-dən çox terminal var ki, bu da Bakı şəhərinin əhalisinin sayına görə az deyil.

Onun sözlərinə görə, 12 milyon əhalisi olan İstanbulda terminalların sayı ümumlikdə 296-dır.



"Sadəcə bizdə əhalinin yanaşması fərqlidir. Hər dayanacaqda terminal ola bilməz. Biz statistikalara baxanda görürük ki, adam var ki, bir gün ərzində kartına 27 dəfə pul köçürüb. İnsanlar ehtiyaca uyğun gediş yükləməli və istifadə etməlidirlər. Amma bütün hallarda biz bu məsələnin üzərində işləyirik və onlayn ödəmə sisteminin yaradılması düşünülür. Çox güman qısa zamandan sonra bu problem tamamilə aradan qalxacaq”, - deyə BNA rəsmisi bildirib.

Terminalların işlək vəziyyətdə olmamasından da danışan Mais Ağayev deyir ki, həqiqətən də problemlər var və həll etməyə çalışılır.

Onun sözlərinə görə, terminalları yararsız vəziyyətə salanlar əksər hallarda insanlar özləridir.

"O terminallar açılanda içindən hər şey çıxır. Saxta və xarici valyutaya aid əskinazlar, dəmir parçaları. Bütün bunlar da terminalların hər zaman işlək vəziyyətdə qalmasına imkan vermir. Lakin bu problemlərin olması o demək deyil ki, terminallar işlək vəziyyətdə olmamalıdır. Biz problemləri aşkar etdikdə, problemin həlli ilə bağlı əlaqədar yerləri məlumatlandırırıq”, - deyə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

Ekspert Elməddin Muradlı isə düşünür ki, bu problemlər artıq öz həllini tapmalı idi.

Onun sözlərinə görə, Kkart sistemi Azərbaycanda ilk olsa da, yeni deyil.



"Əgər bu sistem, mexanizm varsa, bunu daha çox əlçatan etmək lazımdır ki, insanlar əziyyət çəkməsin. Ölkəmizə xarici turistlər də gəlir, onlar bilmirlər ki, əgər "Neftçilər" metro stansiyası ərazisində terminal yoxdursa, "Qara Qarayev"vmetro stansiyası tərəfə  getsinlər. Bundan əlavə, 60 yaşlı Çimnaz xala niyə kartına pul köçürmək üçün "Neftçilər" stansiyasindan "Qarayev"ə getməlidir? Sistemi çox sadə etmək lazlımdır. Vahid kart olmalıdır, ondan Bakının da, Gəncənin də sakini istifadə edə bilməlidir. Karta onlayn, telefonla və digər üsullarla köçürmə etmək mümkün olmalıdır. Bu çətin bir şey deyil, sadecə bir az çalışmaq lazımdır”, - deyə Elməddin Muradlı bildirib.

Ekspert də terminalların işlək olmamasının səbəbi kimi, insanların terminallardan təyinatına uyğun istifadə etməməsində görür.

Onun sözlərinə görə, həqiqətən də terminallara saxta pul əskinazları, dəmir parçaları atılır.

"Ancaq bütün bunlar digər insanların çətinlik çəkməsinə şərait yaratmamalıdır. Terminallar artmalıdır və işlək vəziyyətdə olmalıdır. Əlçatan olmalıdır”, - deyə ekspert Elməddin Muradlı fikrini tamamlayıb.

Həzi


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb