Bakıda ticarət dövrüyyəsinin həcmi artıb

16:35 | 07.11.2023
Bakıda ticarət dövrüyyəsinin həcmi artıb

Bakıda ticarət dövrüyyəsinin həcmi artıb

2023-cü ilin doqquz ayında Bakıda ticarət dövrüyyəsinin həcmi 2361,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım deməkdir. Bu barədə Bakı Statistika Komitəsindən bildirilib. 
 
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsulları, içki və tütün məmulatlarında 1,6% artım müşahidə olunur. Qeyri ərzaq məhsullarında isə bu artım 14,9% olub.  
 
2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə - 9,5 % olacağını proqnozlaşdırır. 
 
Bu ilin sentyabrında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə avqustla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 105,9 % olub.
 
Cari ilin doqquz ayında orta illik inflyasiya 10,9 % olub. 
 
Gülnar 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM