Dünya Memarlıq Festivalı (World Architecture Festival) 2015-ci il mükafatı üçün seçilmiş namizədlər siyahısını açıqlayıb.
Bakı Ağ Şəhərdən "Report”a verilən məlumata görə, dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim ediblər. Namizədlər siyahısında "Foster + Partners”, "Zaha Hadid Architects”, "Herzog & de Meuron”, "OMA”, "Buro Ole Scheeren”, "Atkins” kimi memarlıq bürolarının da işləri var.
Bakı Ağ Şəhər ofis binası da ofis kateqoriyasında mükafata namizəd kimi seçilib.
Qeyd edək ki, bu kateqoriyada London, Sinqapur, Sidney, Əbu-Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi var. Nəticələr bu ilin noyabrın 4-5-də Sinqapur şəhərində açıqlanacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !