Anews.az-ın məlumatına görə, bu barədə Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açılama verib. Onun sözlərinə görə, "Neftçilər” prospektində tıxacın qarşısını almaq üçün yeni layihə ən uğurlu seçim olar.
"İlkin olaraq Bibiheybətdən Zığa qədər dəniz üzərindən körpünün tikintisi nəzərdə tutulurdu. Amma məncə, bu, vəziyyəti dəyişdirməyəcək. Məşhur qrafik dizayner Rəsul Həsən başqa layihə təklif edib. Azneft dairəsi yaxınlığından Yusuif Səfərov küçəsinədək körpünün tikilməsi təklif edilir. Bu körpü, faktiki olaraq Neftçilər prospektinin başlanğıcı ilə sonunu birləşdirəcək. Bu da "Neftçilər” prospektində nəqliyyat sıxlığını aradan qaldıracaq, - deyə ekspert əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !