Sabahdan etibarən Elektron hökumət portalında "Güzəştli mənzil" sistemi vasitəsilə müraciətlərin qeydiyyatı başlayır.
Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. "Elektron hökumət” portalında "Güzəştli mənzil” sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.
İstiPress sistemdən istifadəyə dair ətraflı video təlimatı təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !