Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü

16:14 | 16.11.2019
Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü

Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. 
Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

"Report"un əldə etdiyi məlumata görə, Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.
S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.

Faktla bağlı araşdırma aparılır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM