Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb

14:11 | 18.05.2024
Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən 7 evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb. Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM