Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 3-ü saat 20:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəçevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.8 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti isə noyabrın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.
16:35
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.
Qurumdan bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.
Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.
12:52
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 12:00-a olan məlumatına əsasən qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.
Qurumdan verilən məlumata görə,sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.
Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !