Bakıda və regionlara gedən taksilər qiymətləri

14:05 | 16.07.2017
Bakıda və regionlara gedən taksilər  qiymətləri

Bakıda və regionlara gedən taksilər qiymətləri

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib. 


Unikal.org-un əməkdaşının araşdırmasına görə, artıq paytaxt Bakı daxil olmaqla, regionlara gedən taksi qiymətlərində artım müşahidə olunub. 


Misal üçün Bakıdan Lənkərana sərnişin aparan taksilər bir neçə gün bundan əvvəl müştəridən 15 manat (adam başı) tələb edirdilərsə, hazırda bu rəqəm 16-17 manat arası dəyişir. Sürücülər bunu benzinin qiymətinin bahalaşması ilə əlaqələndirirlər. 


Bununla belə, paytaxda taksi xidməti ilə məşğul olan şirkətlərdə də bu artım qeydə alınır.

Dünənə kimi 3 manat 50 qəpiyə xidmət haqqı tələb edilirdisə, hazırda eyni istiqamətə taksi xidməti göstərmək üçün 5 manat tələb olunur. 


Köhnə gediş haqqı ilə xidmət göstərməyə cəhd edən şirkətlər isə müştərini sifarişini qəbul etsələr də, nədənsə sonradan bundan imtina etməli olurlar. 


Araşdırmamız göstərir ki, sürücülər şirkətin təyin etdiyi qiymətə xidmət göstərməmələri üçün sifarişi qəbul etmirlər.  


Taksi xidməti ilə məşğul olan şirkətlər özləri də çıxılmaz vəziyətdə qalıblar.



Artıq Bakıda taksi xidməti göstərən  bəzi şirkətlər fəaliyyətini də müvəqqəti olaraq dayandırıb. Bəziləri isə müxtəlif istiqamətlərdə xidmət göstərməkdən imtina edirlər. Onlar bunu ərazidə avtomobillərin olmaması ilə əlaqələndirirlər. 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM