Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərlə bağlı YENİ MƏLUMAT

11:32 | 13.12.2019
Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərlə bağlı YENİ MƏLUMAT

Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərlə bağlı YENİ MƏLUMAT

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

Anews.az xəbər verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

(report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb