Bakıda vəzifəli şəxsə iş açıldı

17:00 | 15.01.2018
Bakıda vəzifəli şəxsə iş açıldı

Bakıda vəzifəli şəxsə iş açıldı

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev barəsində cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılır. Artıq vəkillər cinayət işi ilə tanış olub. Cinayət işi yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bildirilib ki, Səmyar Abdullayev Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur.

Cinayət işində Səmyar Abdullayevdən başqa iki nəfər təqsirləndirilən şəxs var. Onlardan biri Səmyar Abdullayevin Hikmət adlı işçisi və Nərimanov rayon İcra Hakimiyyətinin Yaməddin adlı əməkdaşıdır.

Binəqədi rayon Məhkəməsində hər 3 şəxslə bağlı heç yerə getməməklə bağlı iltizam tədbiri seçilib.

İttihamdan belə məlum olur ki, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM