• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda vəzifəli şəxslərlə bağlı əməliyyat keçirildi - Rəsmi

Bakıda vəzifəli şəxslərlə bağlı əməliyyat keçirildi - Rəsmi
22.07.2021 19:19
Covid-19 virusuna qarşı peyvənd vurulmasına dair məlumatları saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan "Covid-19 vaksinasiyası üzrə məlumat forması”nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq  istintaqı aparılır. 
İstintaqın gedişatı və nəticəsi barədə  ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol