Bakıda yanğın baş verib. Anews.az FHN-in saytına istinadən verdiyi xəbər verir ki, hadisə Sabunçu rayonunda olub. vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil, araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !