• $ 1.7
  • € 1.9725
  • ₽ 0.021027
  • ₺ 0.0402
  • £ 2.2358

Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - ANBAAN VIDEO

Bakıda
19.09.2019 12:25
İki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.

Anews.az Criminal.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub. 

Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən "Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Piyadanın ölümünə səbəb olan R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə  avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb. 
Həmin görüntüləri təqdim edirik:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib
Cəmiyyət 11:22
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
Cəmiyyət 11:21
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Cəmiyyət 11:11
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Cəmiyyət 11:03
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Cəmiyyət 10:44
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Sumqayıtda 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılır
Cəmiyyət 10:16
Sumqayıtda 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılır
Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov vəfat edib
Cəmiyyət 10:12
Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov vəfat edib
Cəbrayılın Horovlu kəndinə 37 ailə köçürülüb
Cəmiyyət 10:02
Cəbrayılın Horovlu kəndinə 37 ailə köçürülüb
Sumqayıtda sahil zolağında avtomat silahı və patronlar tapılıb
Cəmiyyət 10:00
Sumqayıtda sahil zolağında avtomat silahı və patronlar tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol