Bakıda "Xəzər-2017" təlimləri

20:50 | 01.11.2017
Bakıda

Bakıda "Xəzər-2017" təlimləri

Bakıda noyabrın 2-4-də xilasedicilər üçün "Xəzər-2017" təlimləri keçiriləcək. 

Anews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, təlimlərə Xəzəryanı dövlətlərin hamısından 1500-dən çox yanğınsöndürən, xilasedici və 300-dən çox texnika cəlb ediləcək. 

Təlimlərin məqsədi beynəlxalq xilasedici qrupların suda və ya quruda fövqəladə halın aradan qaldırılması, gəmilərin qəza törətməsi, yanğınlar, binaların uçması zamanı qarşılıqlı əlaqəli fəaliyyətinin işlənməsidir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM