May ayının19-da Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı icra başçısı Xaləddin İsgəndərov prokurorluq əməkdaşları tərəfindən sorğu-sual edilməsi xəbəri yayılıb. Bununla bağlı Binəqədi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisəyə görə aidiyyatı qurumların 100-ə yaxın əməkdaşı sorğu-sual edilib. Onun sözlərinə görə, istintaqa kömək məqsədilə Xaləddin İsgəndərov da verilən sualları cavablandırılıb. Lakin Xaləddin İsgəndərov istintaqa cəlb edilməyib", - deyə Nuridə Allahyarova bildirib.
Nuridə Allahyarova bildirib ki, hadisə ilə bağlı artıq qurumun keçmiş əməkdaşları saxlanılıblar: "Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var ki, onlar artıq həbs edilib. Həbs edilənlər arasında qurumun keçmiş əməkdaşları Ədalət Rəcəbov və Qəzənfər Novruzov da var".
Qeyd edək ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !