Bakıda yanan bina ilə bağlı məmur həbs edilib?

10:50 | 04.06.2015
Bakıda yanan bina ilə bağlı məmur həbs edilib?

Bakıda yanan bina ilə bağlı məmur həbs edilib?

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktoru Akif Əlibəyovun saxlanılması barədə bəzi saytlarda yer alan məlumatlar həqiqəti əks etdirmir". 

Bunu "Report"a açıqlamasında RGEM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Qədirli deyib.

Lakin RGEM-in direktoru A.Əlibəyov və Mərkəzin daha bir neçə əməkdaşı Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı istintaqa informasiya təqdim ediblər. A.Qədirli bunun qeyri-adi hal olmadığını qeyd edib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Xatırladaq ki, A.Əlibəyov həm də Səhiyyə Nazirliyinin Kolegiyasının üzvüdür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti