Hazırda hasarlama işləri davam etdirilir
Bakının Binəqədi rayonu ərazisində yanğın baş vermiş yaşayış binası hasara alınır.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hasarlama işləri davam etdirilir.
Bundan əlavə, paytaxt sakinləri faciə qurbanlarını hələ də, yad etməkdədirlər. Belə ki, onlar binanın önünə gələrək ora gül dəstələri qoyur və şam yandırırlar.
Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb və ya zəhərlənib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !