Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Bakının Xətai rayonunda, 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.
30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !