• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb - Video - Yenilənib

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb - Video - Yenilənib
04.10.2024 21:44
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Bu barədə FHN-dən bildirilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170kv.m. olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40kv.m sahədə ikinci mərtəbənin bir otağı yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

 ***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:25
Sabah bu ərazilərdə işıq olmayacaq
ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var
Cəmiyyət 22:40
ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın olub
Cəmiyyət 22:29
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın olub
Laçında insan sümüklərinə bənzər skelet qalıqları tapılıb
Cəmiyyət 21:19
Laçında insan sümüklərinə bənzər skelet qalıqları tapılıb
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Cəmiyyət 19:51
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət 19:31
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Cəmiyyət 19:19
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Cəmiyyət 18:06
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Cəmiyyət 17:52
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol