Bu gündən etibarən Bakı şəhərində yeni, 2015/2016-cı tədris ilinin başlanması ilə əlaqədar avtomobil yollarında hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "yaşıl dalğa"ların (işıqforlarda ardıcıl yaşıl işıqların yanması) sayını artırır.
Həmin küçələrin adları artıq müəyyənləşdirilib:
"Yaşıl dalğa" prinsipi ilə işləyən küçə və prospektlər | |
№ | Hərəkət istiqaməti |
1 | Abbasqulu ağa Bakıxanov küçəsi |
2 | Rəşid Behbudov küçəsi |
3 | Tbilisi prospekti |
4 | Üzeyir Hacıbəyov küçəsi |
5 | Zərifə Əliyeva küçəsi |
6 | Akademik Həsən Əliyev küçəsi |
7 | Alfred Nobel prospekti |
8 | Hüseyn Cavid küçəsi |
9 | Bülbül prospekti |
10 | Səməd Vurğun küçəsi |
11 | Cəfər Cabbarlı küçəsi |
12 | Hənifə Ələsgərova küçəsi |
13 | Təbriz küçəsi |
14 | Abbas Mirzə Şərifzadə küçəsi |
15 | Qara Qarayev prospekti |
Qeyd edək ki, "yaşıl dalğa"lar əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir.
Qeyd olunan küçələrdə işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə "yaşıl dalğa"ların sayı xüsusilə artırılıb və bu proses davam edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !