Bakıda yeni parklanma məntəqələri yaradılıb

14:43 | 15.10.2024
Bakıda yeni parklanma məntəqələri yaradılıb

Bakıda yeni parklanma məntəqələri yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb. Bu barədə AYNA məlumat yayıb. 

"Yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Rixard Zorge küçələrində 6 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.
Qarabağ küçəsində parklanma sahəsinə 2 məlumatverici yol nişanı əlavə edilib. Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək",  -  məlumatda bildirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM