Bakıda yeni yol çəkiləcək

16:59 | 23.07.2015
Bakıda yeni yol çəkiləcək

Bakıda yeni yol çəkiləcək

Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası olub.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün Azərbaycanın Nəqliyyat Nazirliyinə "Bakı dairəvi-1” yoluna Ziya Bünyadov prospektindən birbaşa yolun inşası ilə bağlı təklifini 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etmək tapşırılıb.

Bundan başqa, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla razılaşdırmaqla, Bakı şəhərinin avtomobil yollarında piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirməli və həmin keçidlərin inşası üzrə layihələri 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM