Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

09:11 | 29.09.2024
Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

Bakının Yasamal rayonunda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində  ağır xəsarətlər alıb.
 
APA xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM