Bakı şəhərinin Biləcəri qəsəbəsində, Malik Aslanov küçəsi, döngə 6-da təmir işləri aparılır.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərə görə, həmin küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burada yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradıb.
Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burada yeni-asfalt beton örtüyü döşənməmişdən öncə yol təsərürfatı orqanı tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə, asfalt-beton örtüyü küçənin 3,3 min kv. metr sahəsinə döşənir.
Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !