Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb.
Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir:
"Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".
Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov isə Trend-ə bildirib ki, Yeni illə bağlı şəhərdə quraşdırılan bütün yolkalar yanvarın 13-nə qədər söküləcək:
"Artıq parklardakı yolkalar sökülüb. Ola bilər ki, bir və ya iki yolka sökülməyib, amma onlar yanvarın 13-dən sonra fəaliyyət göstərməyəcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !