Bakıda yolu keçmək istəyən yaşlı qadını maşın vurdu - VİDEO

12:04 | 05.07.2019
Bakıda poiyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
Anews.az Avtosfer.az-a istinadan xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman "Priora” markalı avtomobil onu vurur.

Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur. Xöşbəxtlikdən o çox ağır xəsarət almır. Yerdən qalxaraq əks istiqamətdə qayıdır.

www.anews.az
loading...

Xəbər lenti