Milli.Az xəbər verir ki, virtualaz.org-a Daxili Işlər Nazirliyindən verilən məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər.
Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər.
Lakin bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !