Bakıda zavod ərazisində yanğın olub

20:00 | 12.04.2024
Bakıda zavod ərazisində yanğın olub

Bakıda zavod ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda  fəaliyyət  göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb. 


Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM