Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !