Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S. Quliyevin ailəsinə qarşı çıxıblar.
"Qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər.
26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i axşam saatlarında işdən evə gələrkən qonşusu S. Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını deyib və ondan xoşu gəldiyini bildirib. Daha sonra Xatirəylə cinsi əlaqədə olmaq istəyərkən qadının müqaviməti ilə rastlaşıb. İki uşaq atası olan şübhəli şəxs Xatirəni vuraraq yerə yıxıb. Daha sonra onu soyundurmağa başlayıb, bu zaman qonşu Ruslan səsi eşidərək küçəyə çıxıb və Xatirəni onun əlindən alıb.
Nəticədə qızın sifətində bir neçə yerdən zərbənin izləri qalıb, 4 yaşlı qızı olan Xatirə polisə şikayət etsə də, S. Quliyev hələ də həbs olunmayıb. Məhz ailə və qəsəbə sakinləri də bundan narazıdır.
Hətta sakinlər tələblərində daha da irəli gedərək həmin kişinin anası, atası və arvadının da bu yaşayış sahəsindən çıxıb getmələrini istəyirlər.
Qarşı tərəfdən baş verənlərlə bağlı cavab almaq üçün şübhəlinin evinə də baş çəkdik. Onun anası əri ilə oğlunun evdə olmadığını deyərək aqressiv formada sakinlərin və bizim getməyimizi tələb etdi.
Hazırda hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya daxil olan məlumata görə, zorlamada ittiham olunan şəxs saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !