Bakıda özünü qazi kimi təqdim edib dilənçilik edən şəxs tutuldu - VİDEO

14:49 | 08.02.2021
Bakıda özünü qazi kimi təqdim edib dilənçilik edən şəxs tutuldu - VİDEO

Bakıda özünü qazi kimi təqdim edib dilənçilik edən şəxs tutuldu - VİDEO

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan  Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində  araşdırmalar davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb