Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri yenidən təqvimə əlavə edilib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytı məlumat yayıb.
İJF yarışın 5 - 7 noyabrda keçiriləcəyini açıqlayıb.
Böyük Dəbilqənın daha əvvəl mayda təşkli nəzərdə tutulub. Lakin yarış koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi. 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış eyni səbəbdən baş tutmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !