Bakıdakı məşhur kafedən qadağa

13:52 | 08.02.2018
Bakıdakı məşhur kafedən qadağa

Bakıdakı məşhur kafedən qadağa

Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub. "Qafqazinfo” xəbər verir ki, "Bazaar Delights Cafe”nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib.

Onlara bildirilib ki, yeni qaydalara əsasən cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib.

Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.

 "Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün kafe ilə əlaqə saxlasa da, administratorun hazırda işdə olmadığını bildiriblər: "Bu məsələdən administrator danışa bilər, o da burda deyil”.

Kafenin rəsmi səhifəsində müştərilərə cavab olaraq bildirilib ki, iaşə obyekti özəl müəssisədir və müdiriyyət tərəfindən müxtəlif qaydalar tətbiq oluna bilər:

"Elə bir təəssürat yarandı ki, sanki bizim kafeyə ancaq qucaqlaşmaq üçün gəlirlər. Burada heç bir qanuna zidd hal yoxdur. Siz bilirsiz ki, bəzi məkanlara müştəriləri, hətta "dress kod”suz buraxmırlar. Biz öz müştərilərimizi yaxşı tanıyırıq. Onlar bizim kafeyə uyğun qiymətə dadlı təamlar yemək üçün gəlirlər. Razılaşın ki, qucaqlaşmaq üçün kifayət qədər yer var, biz sadəcə yemək veririk, başqa heç nə”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti