Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb

16:21 | 10.07.2024
Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb

Bakıdan İstanbula uçan təyyarə geri qayıdıb

"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə  AZAL məlumat yayıb. 

Təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM