Bakıdan Naxçıvana gedən sərnişindən heroin aşkarlanıb

22:00 | 29.03.2023
Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərindən heroin aşkarlanıb.

Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.

Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb