Bakıdan Sumqayıta metrobuslar işləyəcək - YENİLİK

21:20 | 19.04.2017
Bakıdan Sumqayıta metrobuslar işləyəcək - YENİLİK

Bakıdan Sumqayıta metrobuslar işləyəcək - YENİLİK

""Dərnəgül" və "Avtovağzal"da habların yaradılması planlaşdırılır. Bakının şimal çıxışında da bir habın yaradılması barədə düşünürük".

Mili.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli APA-ya müsahibəsində deyib. O, Bakının avtobuslarla artıq yüklənməsinə də diqqət çəkib: "İndi Bakıda 2049 avtobus var. Bakı üçün 2100 avtobus lazımdırmı? Məsələn, Türkiyənin İstanbul kimi böyük şəhərində dövlətin balansında olan 4700 avtobus var. Amma baxın İstanbulun əhalisinin sayına nəzər salın. Bundan başqa, İstanbulda marşrut avtobusları, taksi xidmətləri, ekspress xətlər, "metrobus"lar, BRTS var. Seçim imkanı çoxdur. Buna baxmayaraq, avtobusların sayı əhalinin sayına nisbətdə azdır. Bizim hesablamamıza əsasən hablar ərazisində qalan hissəyə təxminən 500-600 avtobus xətti lazımdır. Qaradağ, Ələt və digər yaxın qəsəbələrdən gələn avtobusların şəhər mərkəzinə girməsi düzgün deyil. Bu, həm əlavə tıxaclara səbəb olur, həm sakinlər, həm də sürücü uzun yol getmiş olur. Məhz buna görə, "Lökbatan" Nəqliyyatın Mübadilə Mərkəzindən (NMM) istifadə etməyə başlamışıq".

V. Kərimli əlavə edib ki, araşdırmalardan sonra əsas iki istiqamətdə yeni ictimai nəqliyyat növünü istifadəyə vermək niyyətindədirlər: " Söhbət BRTS-dən (Bus Rapid Transit System) gedir ki, bundan Türkiyədən daha çox istifadə olunur. Türkiyədə buna metrobus deyirlər və şəhərlərarası daşımalarda istifadə olunur. Biz BTRS-i Bakı ilə Sumqayıt arasında işə salmağı planlaşdırırıq. Bundan sonra ətraf qəsəbələrə də BTRS hərəkət edə bilər. Hazırda bununla bağlı tərəfimizdən təhlillər aparılır".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM