Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

23:43 | 02.06.2023
Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

"Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan "Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.

Təyyarə yerli vaxtla saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM