Bakıdan Xankəndinə tibbi yardım göndərilib

23:40 | 25.09.2023
Bakıdan Xankəndinə tibbi yardım göndərilib

Bakıdan Xankəndinə tibbi yardım göndərilib

Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM