• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıətrafı ərazilərdə 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır

Bakıətrafı ərazilərdə 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır
30.01.2025 21:32

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Beləki, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.

Bununla yanaşı, 2025-2027-ci illərdə Bakı-Xırdalan-Sumqayıt xəttinin, 2026−2028-ci illərdə isə Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri hesab olunan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildən tam istifadəyə verilib və iki hissədən ibarətdir: Bakı sərnişin – Biləcəri – Sumqayıt və Bakı sərnişin – Sabunçu–Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artıb (orta illik artım tempi 48 %). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyon artım deməkdir.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Cəmiyyət 14:52
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:39
Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb
Prezident onları təltif edib - sərəncam
Cəmiyyət 14:25
Prezident onları təltif edib - sərəncam
Albaniyada etirazlar davam edir, Rama istefa verməkdən imtina edir
Cəmiyyət 13:52
Albaniyada etirazlar davam edir, Rama istefa verməkdən imtina edir
Bakıda küləyin sürəti 27 m/s-yə çatıb
Cəmiyyət 13:39
Bakıda küləyin sürəti 27 m/s-yə çatıb
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Cəmiyyət 13:19
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:11
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycana köçən gənclər arasında qadınlar üstünlük təşkil edir - siyahı
Cəmiyyət 12:42
Azərbaycana köçən gənclər arasında qadınlar üstünlük təşkil edir - siyahı
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:55
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol