"BakıKart" adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ

22:45 | 24.10.2024

"BakıKart" adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

"Bu səhifələr "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.Təhlükəsizliyinizi qorumaq məqsədli rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun, şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın, yalnız rəsmi mənbələrdən məlumat əldə edin," - deyə məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM