Bakılılar ucuz alış-verişdən məhrum olundular

15:20 | 15.09.2015
Bakılılar ucuz alış-verişdən məhrum olundular

Bakılılar ucuz alış-verişdən məhrum olundular

Bakı şəhərində yaxın zamanda kənd təsərrüfatı məhsulları yarmarkalarının fəaliyyəti gözlənilmir.

Bu haqda ANS PRESS-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə yaxın gələcəkdə əhaliyə ucuz kənd təsərürrüfatı məhsulları təklif edilən yarmarkaların fəaliyyətə başlaması barədə nazirlikdə danışıqlıqların getdiyini dedi: "Bu məsələ hal-hazırda nazirliyin diqqət mərkəzində olan məsələdir. Biz də istəyirik ki, tezliklə yarmarkalar təşkil olunsun . Biz fermerlərin marağını güdürük. Onlar heç bir maneə olmadan öz məhsullarını həftəsonları yarmarkalara gətirərək, satırdılar. Bu həm onlara, həm də sakinlərə sərf edirdi".

Paytaxtda keçirilən yarmarkalar sayəsində fermerlərin məhsulu israf olunmurdu, sakin də ucuz mal alırdı. Eyni zamanda yarmarkalar vasitəsi ilə bazardakı qiymət artımının qarşısını almaq da mümkün olurdu. Bazarda satıcılar mallarını yarmarka məhsullarının qiymətinə uyğunlaşdırmaq məcburiyyətində qalırdılar.

Bütün bunların əhəmiyyətini Kənd Təsərrüfatı Nazirliyində də anlayırlar və paytaxt sakinləri yarmarkaların hal-hazırda keçirilməməsinə görə narahat olmamağa çağırırlar. "Ünvanı dəqiqləşəndən sonra onların yenidən fəaliyyətə başlaması mümkün olacaq. Bu haqda, ictimayətə məlumat veriləcək”, - deyə Murtuzəli hacıyev əlavə etdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi onu da qeyd etdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Bəzi ekspertlər isə, yarmarkaların bağlanmasının səbəbini başqa cür izah edirlər, onların fikrincə bu satış məntəqələrinin fəaliyyətində ki durğunluk iki səbəbdən irəli qələ bilər:

1. Yarmakaların fəaliyyət göstərməsi kimlərəsə sərf etmədi;
2. Yarmakalrın fəaliyyət göstərdiyi ünvanlarda alıcı sayə səbəbindən tıxacların yaranması.

İqtisadçı Vahid Məhərrəmov də yarmarkaların bağlanmasının səbəbini onların yaxşı təşkil olunmamasında görür: "Son zamanlar alıcılar çox şikayət edirdilər. Çünki yarmakalara nəzarət yox idi. Orada fermerler deyil, bələdiyyə sədrləri, yerli icra nümayəndələri xaricdən gətirilmiş malları baha qiymətə verirdilər. Onlar yalnız xarab olmuş məhsulları ucuz qiymətə verirdilər. Eyni zamanda çəkidə də insanları aldadırdılar. Ona görə alıcılarnarazıçılıq etməyə başladılar. Bu da kimlərəsə sərf etmədi”, - deyə o, əlavə etdi.

ANS PRESS-in bölgə müxbirlərinin məlumatına görə, fermerlər də yarmarkaların bağlanmasından şikayət edirlər. "Heç olmasa, həftənin iki gününü məhsullarımızı satmağa yer var idi. Biz də ailələrimizi dolandıra bilirdik, İndi isə məhsullarımızın çoxu xarab olur. Rayonda çox sata bilmirik, çünki hər kəs özü həmin məhsulu həyətində yetişdirir” - deyə fermər Fikrət Hüseynov şikayətlənir.

Amma yarmarkalar fəaliyyətə başlasa belə fermərlərin problemi bununla həll olunmaya bilər.

Bu gündən etibarən rayon qeydiyyatında olan maşınların şəhərə buraxılmaması qaydası güvvəyə minir.
Fermərlərin qarşılaşa biləcəyi bu maniənin necə aradan qaldırılacağı sualını Nəqliyyat Nazirliyinə ünvanlamaq istəsək də, zəngimizə cavab verən olmadı.

Hər halda Nəqliyyat Nazriliyinin əhatə darəsində olan bütün sahələr üzrə məsələləri müvəfəqiyyətlə icra etdiyini nəzərə alsaq, nazirlik işçilərinin bu problemi qabağcadan düşündüyünü və həlli istiqamətində işlər gördüklərini təxmin etmək olar.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM