Paytaxtın abadlaşması prosesində bürünc, mərmər və qranitdən hazırlanan heykəllərin bərpa və təmir edilərək əvvəlki görkəmlərinə qaytarılması nəzərdə tutulub. Bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, bir müddət əvvəl Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdəki heykəllərin monitorinqi keçirilib.
"Baxış zamanı müəyyən olunub ki, bəzi heykəllərin bərpa olunmasına ehtiyac var. Bu işlə heykəllərin orijinal vəziyyətə gətirilməsi ilə ixtisaslaşmış texniki heyət məşğul olacaq. Yaxın günlərdə işə start veriləcək. Proses zamanı heykəllər heç bir fiziki təsirə məruz qalmaycaqlar”, - məlumatda deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !