Bakının 2 rayonunda təbii qaz kəsilib

15:11 | 01.02.2024
Bakının 2 rayonunda təbii qaz kəsilib

Bakının 2 rayonunda təbii qaz kəsilib

Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik "Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı "Şıxov” Qazpaylayıcı Stansiyasından, "Azpetrol” və "Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.

"Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb", - "Azəriqaz”dan bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM