• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq
23.07.2024 09:43
Bu gün Bakının Sabunçu, Xəzər, Yasamal və Binəqədi rayonlarının təbii qazla təchzatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən "Albalı”, "Maştağa QPS kollektor”, "Maştağa-2”, "Neft Terminalı”, "Albalı YDM”, "Agroland” və "Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Buzovna qəsəbələrinin Albalılıq yaşayış massivinin, Xəzər rayonunun Binə qəsəbəsinin Atçılıq yaşayış massivinin qaz təchizatı dayandırılacaq.

Həmçinin paytaxtın Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elnarə Baxışa yeni vəzifə verilib
Cəmiyyət 11:55
Elnarə Baxışa yeni vəzifə verilib
Hörmüz boğazında maye qaz daşıyan gəmi minaya düşüb
Cəmiyyət 11:53
Hörmüz boğazında maye qaz daşıyan gəmi minaya düşüb
Qaradağda yeni körpü tikilir
Cəmiyyət 11:23
Qaradağda yeni körpü tikilir
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Cəmiyyət 11:15
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Cəmiyyət 10:58
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 10:52
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 10:34
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 09:52
Qızıl və gümüş bahalaşıb
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Cəmiyyət 09:25
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol